Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtın mədəniyyət müəssisələrində “Beynəlxalq müəllimlər günü” qeyd olunub

08.10.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın mədəniyyət müəssisələrində “Beynəlxalq müəllimlər günü” qeyd olunub.

Bu münasibətlə Bülbül adına uşaq incəsənət məktəbində keçirilən konsertdə məktəbin xalq çalğı alətləri , fortepiano və xoreoqrafiya şöbəsinin şagirdləri musiqi nömrələri ilə çıxış edib, müəllimlərini tədbrik ediblər.

F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən konsertdə “Buta” qızlar ansamblının müşayiəti ilə “Bayatı Şiraz” rəngi ifa olunub. Daha sonra xalq və bəstəkar mahnıları,  o cümlədən məktəbin xor kollektivinin ifası tədbiri daha da rğvnəqləndirib.

“28 May” Diyarşünaslıq evinin keçirdiyi tədbirdə mədəniyyt evindin bədii özfəaiyyət kollektivinin ifasında musiqi nömrələri ifa edilib, şeirlər dinlənilib.

4 saylı Diyarşünaslıq klubunun kollektivi Heydər Əliyev Mərkəzində “Yolumuza mayaqdır- müəllim” adlı konsert proqramı təşkil edib. Tədbir iştirakçıları əvvəlcə klubun rəsm dərnəyinin üzvlərinin sərgisi ilə yaxından tanış olublar. Sonra  “Alleqro” rəqs qrupunun ifasında Azərbaycan və hind rəqsləri təqdim olunub. Daha sonra gənc solistlər Çinarə Alızadənin ifasında “Dindir məni” xalq mahnısı, Güllü Aslanovanın ifasında “Əziz müəllimim”, “Günəş” mahnı qrupunun ifasında “ Dostluq” mahnıları maraqla dinlənilib. Tədbirə dəvət olunan 27 saylı tam orta məktəbin direktoru Valid Mustafayev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, müəllimləri təbrik edib, xoş arzuarını çatdırıb. Sonda “Dostluq” mədəniyyət evinin direktoru Aslan Fətullayev klubun müəllimlərini fəxri fərmanla təltif edib.

 

101 KB

 

76.3 KB

 

102.6 KB