Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda şəhidlərimiz anılıb

17.10.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın Milli Qəhrəmanları Kazım Babayev, Çingiz Babayev, Rövşən Rzayev, 2016-cı ilin Aprel şəhidləri Əbdülməcid Axundov və Rəşid Baxşəliyevin doğum günləri ilə əlaqədar olaraq tədbir keçirilib.

Əvvəlcə kitabxanaçı Səadət Allahverdiyeva adı çəkilən şəhəidlərimizin həyatı və keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu haqqında oxuculara geniş məlumat verib.

Sonra kitabxananın oxucularının ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlərdən nümunələr dinlənilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçıları “Qarabağ silinməyən dərdimiz” başlıqlı sərgi ilə yaxından tanış olublar.

 

 

 

 

 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

100.1 KB

 

115.6 KB

 

76.7 KB