Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Lənkəran şəhərində konsert proqramı ilə çıxış ediblər

28.10.2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Lənkəran Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib.

Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbində baş tutan tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət idarəsinin rəisi Vüsal Nəsirli belə tədbirlərin regional idsarələr arasında daha sıx münasibətlərin yaranmasında, qarşılıqlı əməkdaşlığın inkişafında, şagirdlərin bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rolundan danışıb.

Sonra Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru Əməkdar müəllim İkram Manafov və Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbinin direktoru Camal Həsənov çıxış edib, xatirə hədiyyələri təqdim ediblər.

Konsertdə məktəbin şagirdləri Bağır Babyevin tarda, Aysu Yəhyayevanın violondə,  beynəlxalq müsabiqələr laureatları olan şagirdlər Nuray Mehdiyeva və Nuranə Salamovanın fortepianoda ifaları maraqla dinlənilib.

Konsertdə həmçinin, məktəbin nağaraçılar, sazçalanlar, xalq çalğı alətləri ansamblının ifasında instrumental musiqilər, xanəndə Səkinə Qasımovanın ifasında xalq və bəstəkar mahnılarından ibarət bir-birindən maraqlı konsert proqramı təqdim olunub.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

3.2 MB

 

67.1 KB

 

43.5 KB