Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhərinin 70 illiyi münasibətilə şəhərin müxtəlif ərazilərində konsertlər keçirlib

29.10.2019

Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərinin 70 illiyi münasibətilə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi filiallarla birgə şəhərin 14-cü məhəllə, 9-10-13-cü mikrarayonlarında və “Göyərçin” abidəsinin önündə konsert proqramı ilə çıxış ediblər.

Əhalinin asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə keçirilən bu tədbirlərdə  bu günlə ayaqlaşıb, sabaha inamla addımlayan 70 yaşlı şəhərimizin nailiyyətlərindən söhbət açılıb,  abadlıq və quruculuq işləri, irimiqyaslı layihələr haqqında geniş məlumat verilib.

Daha sonra tədbirdə mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivlərinin üzvləri: müğənnilər-İbrahim Fərzəliyev, Leyla Məmmədova, Pənah Məmmədli, Əli Əzizoğlu, Ədalət Dağlı, Kamil Ağazadə, Ruslan Əkbərli, Ramin Bayramov, “Turan” Milli Rəqs qrupu, rep ifaçısı İlham Sultan və başqaları rəngarəng konsert proqramı ilə çıxış ediblər.

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

197.8 KB

 

233.8 KB

 

191.6 KB