Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin hesabat konserti keçirilib

10.12.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin hesabat konserti keçirilib.

Əvvəlcə tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində nümayiş olunan “Dostluq” mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi ilə tanış olublar.

Sonra mədəniyyət evinin “Dostlar” ansamblı, “Şahinlər” rəqs kollektivi, Muğam üçlüyü, “Dostlar” aşıqlar qrupu və bədii qiraət dərnəyi üzlərinin ifaları təqdim olunub.

Tədbirin sonunda Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə keçirilən mədəni-kütləvi tədbirlərdə fəallıq nümayiş etdirən bədii özfəaliyyət kollektivləri üzvlərinə N.Nərimanov adına Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərmanlar təqdim edilib.

 

 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti   

 

65.6 KB

 

42 KB

 

78.4 KB