Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib

12.12.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanın təşəbbüsü ilə  Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Mədəni- maarif ocaqlarının kollektivlərinin, oxucuların iştirak etdiyi tədbirdə Sumqayıt şəhər MKS-nın direktoru Yeganə Əhmədova, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova, Metodika-biblioqrafiya şöbəsinin müdiri Təranə Mirzəyeva, Böyük metodist Natəvan Axundzadə,  3 saylı məktəbin tarix müəllimi Maya Bayramovanın və digərlərinin mövzu ilə əlaqədar məıruzələri dinlənilib.

C.Cabbarlı adına Mədəniyyət evi “Ailədə sağlamlığın qorunması” kursunun tələbələrinin Heydər Əliyev Mərkəzinə ekskursiyasını təşkil edilib. Mərkəzin bələdçisi kursun tələbələrinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Sonra ekskursiya iştirakçları mərkəzin fəaliyyəti və nümayiş olunan sərgilərlə tanış olublar.

Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə ümummlilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzələr dinlənilib, kitab sərgisi nümyiş olunub.

Q.Qarayev və F.Əmirov adına Uşaq Musiqi məktəblərində, Ə.Bakıxanov və S.Rüstəmov adına uşaq incəsənət məktəblərində ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumat verilib, şagirdlərin ifasında şeirlər dinlənilib, Bülbül adına uşaq incəsənət məktəbində rəsm sərgisi nümayiş olunub.
 
 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

.

 

 

71.7 KB

 

86.1 KB

 

78.2 KB