Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xızı rayon Heydər Əliyev Mərkəzində “Günəşim” kukla teatrı “Qırmızı papaq” tamaşasını nümayiş etdirib

26.12.2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun “Günəşim” kukla teatrı Xızı rayon C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin dəvəti ilə Heydər Əliyev Mərkəzində “Qırmızı papaq” tamaşasını nümayiş etdirib.

 

Yeni il ərəfəsində keçirilən tamaşaya bayram personajlari Şaxta baba və Qar qız da qoşulublar.

 

Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə keçirilən tamaşada nağıl qəhrəmanları: qırmızı papaq, nənə, dovşan, tülkü ayı, canavar, eyni zamanda  Şaxta baba və Qar qız uşaqlarla maraqlı söhbət edib, əyləncəli vaxt keçiriblər.

 

Qeyd edək ki, Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri  Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.

 

 

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

51.7 KB

 

508.6 KB

 

59.8 KB