16.03.2020
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə koronavirusa qarşı aparılan tədbirlər ən yüksək səviyyədə davam edir, sanitar epidemioloji vəziyyət nəzarət altında saxlanır.
Ölkəmizdə, eləcə də şəhərimizdə koronavirusa qarşı müəssisələr, məktəblər və idarələrdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
Koronavirusa yoluxmanın və qarşısının alınması üçün bir sıra qaydalara əməl edilməlidir:
1. Ev şəraitində sabun, su və ya spirt tərkibli antiseptik vasitələri ilə tez-tez əllərinizi yuyun.
2. Əl sıxmaq,sarılmaq kimi təmaslardan uzaq olun.
3.Olduğunuz məkanları tez-tez havalandırın.
4.Qapı qolları,tutacaqlar,əl-üz yuyulan kimi tez-tez istifadə etdiyiniz yerləri su və yuyucu vasitələrlə hər gün təmizləyin.
5. Hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə getməkdən çəkinin.
6. Temperator,öskürək,nəfəs darlığı kimi şikayətləriniz varsa, maska taxaraq bir xəstəxanaya baş vurun.
Siz bu qaydalara əməl etməklə özünüzü və ailə üzvlərinizi, eyni zamanda ictimaiyyətin sağlamlığını qorumuş olursunuz.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti