Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Məniyyət İdarəsi müşavirələrin onlayn keçirilməsinə start verdi

19.03.2020

Sumqayıt Regional Məniyyət İdarəsinin rəisi Mehman Şükürov tabe müəəsisələrin rəhbərləri ilə onlayn müşavirə keçirib.

Onlayn müşavirə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin, dezinfeksiyaedici və gigiyenik vasitələrin təchiz edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı xəbərdarlıq ilə başlayıb.

Daha sonra uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təcrübəli müəllimlər tərəfindən onlayn dərslərin təşkil edilməsi, tabe müəssisələrdə internet-rabitə vasitələrində fəallığın artırılması, kommunal xərclərə qənaət edilməsi və növbətçilik  rejiminin tətbiq edilməsi mövzularına toxunulub.

Onlayn müşavirə uğurla başa çatdırılıb.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

 

 

40 KB

 

47.2 KB

 

44.9 KB