Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin növbəti onlayn müşavirəsi keçirilib

25.03.2020

Sumqayıt Regional Məniyyət İdarəsinin rəisi Mehman Şükürov tabe müəssisələrin rəhbərləri ilə  növbəti onlayn müşavirə keçirib.

Müşavirədə Mehman Şükürov çıxış edərək ilk olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi qaydalara əməl edilməsini bildirib.

Daha sonra tabe müəssisələr yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini onlayn rejimdə davam etdirməsi, muzeylərdə videoçarxların təqdim edilməsi, ustad dərslərin keçirilməsi, kitabxanaların elektron formada fəaliyyətini genişləndirməsi bildirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti

 

 

56 KB