Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr tibbi maskalar hazırlayaraq əhali arasında paylayıb

27.04.2020

Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayıldığı dövrdə infeksiyanın qarşısı alınması məqsədilə genişmiqyaslı mübarizə tədbirləri davam edir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzi və Abşeron rayon Mədəniyyət Mərkəzi əhalinin qoruyucu tibbi maskalara olan ehtiyaclarını nəzərə alaraq, tibbi maskalar hazirlayıb və ehtiyacı olan şəxslərə paylayıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Biçmə-Tikmə kursu tərəfindən çoxlu sayda tibbi maskalar tikilərək, Mədəniyyət  Mərkəzinin rəhbərliyi tərəfindən ehtiyacı olan şəxslərə paylanmışdır.

Həmçinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Abşeron rayon Mədəniyyət Mərkəzinin və onun filiallarında fəaliyyət göstərən Biçmə-Tikmə (Dərzi) kurslarının rəhbərlərinin virusdan qorunmaq üçün tikdikləri 250 ədəddən çox tibbi maskalar mərkəzin rəhbərliyi tərəfindən ehtiyacı olan ailələrə paylanılmışdır.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

 

86.4 KB

 

102.8 KB

 

102.1 KB