Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsi növbəti onlayn müşavirə keçirib

30.04.2020

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin elan edildiyi dövrdə Sumqayıt Regional Mədəniyyət İdarəsi öz fəaliyyətini onlayn olaraq davam etdirir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov 30 aprel 2020-ci il saat 12:00-da Xızı və Qubadlı tabe müəssisələri, saat 14:00-da isə Zəngilan və Şuşa tabe müəssisə rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirib.

Onlayn müşavirədə idarə rəisi ilk olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsini vurğuladıqdan sonra tabe müəssisələrin onlayn fəaliyyətlərini daha da genişləndirilməsini, virtual səyahət və sərgilərə davam edilməsi, dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması, habelə aztəminatlı, sosial diqqətə ehtiyac olan ailələrə yardım göstərilməsi, 65 yaşdan yuxarı mədəniyyət işçilərinin evlərinə ziyarət edilməsi, onlarla daimi telefon rabitə vasitəsilə ünsiyyət saxlanılması və digər məsələlər üzrə tapşırıqlar verilib.

Sonda tabe müəssisələrin rəhbərlərinin karantin dövründə görülmüş işləri barədə hesabatları dinlənilib və qeyd olunan irad və təkliflər nəzərə alınaraq tez bir zamanda aradan qaldırılacağı bildirilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

 

 

202.5 KB

 

193.5 KB

 

192.7 KB