Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsi aztəminatlı ailələrə yardıma davam edir

04.05.2020

Koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılması ilə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Sumqayıt Regional Mədəniyyət İdarəsi sosial dəstəyə ehtiyac olan ailələrə yardım göstərir.

Bu məqsədlə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr aztəminatlı və tənha yaşayan ahıl ailələrə ziyarəti davam edir.

Görüş zamanı ailələrə maddi və ərzaq yardımı göstərilib, hazırki vəziyyətləri ilə maraqlanılıb, yaşlı insanlarla maarifləndirici söhbətlər edilib və onların sağlamlıqlarını qorumaq məqsədilə evdə qalmalarını və gigiyena qaydalarına ciddi əməl etmələri tövsiyə edilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

 

105.8 KB

 

84.6 KB

 

83.7 KB