Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

9 May-Qələbənin 75 illiyi

09.05.2020

Bu gün 9 May – Faşizm üzərində Qələbənin 75-ci ildönümüdür. 

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. 

Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib.

 Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi təşkil olunub. 

1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb.
Həmvətənlərimizin 130 nəfəri "Sovet İttifaqı Qəhrəmanı, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.
İkinci dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti