Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqəli onlayn ekskursiya keçiriləcək

17.05.2020


Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
Beynəlxalq Muzeylər günü ilə əlaqədar 18 may saat 14-00 tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində mövcud vəziyyətlə bağlı mərkəzə gələ bilməyən qonaqlarımız üçün onlayn ekskursiya təşkil olunacaq.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti