Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

18 May Beynəlxalq Muzeylər Günüdür

18.05.2020

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da hər il geniş miqyasda qeyd edilir. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək üçün əlamətdar vəsilədir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr Beynelxalq Muzeylər Gününə həsr edilmiş bir neçə videoçarxlar hazırlamışdır. Həmin videoçarxlar ilə https://www.facebook.com/sumgait.mctgov.az/?modal=admin_todo_tour linkə daxil olaraq tanış ola bilərsiniz.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti