Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtın mədəniyyət işçiləri hərbi hissədə ”Əbədi yaşar şəxsiyyət ” adlı tədbir keçirib

17.07.2017

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Şəhər Mədəniyyət Evi, C. Cabbarlı adına mədəniyyət evi və Corat qəsəbə mədəniyyət evi tərəfindən Z. Tağıyev qəsəbəsində yerləşən " N" saylı hərbi hissədə "Əbədi yaşar şəxsiyyət " adlı ədəbi bədii gecə keçirildi. Tədbirdə müğənnilər Zaur Yusifli, Sevda Akkaya, Pənah Məmmədli, Natiq Ayxan Vətənə aid mahnılar ifa etdilər. Ədalət Dağlının ifa etdiyi "Şəhidlər " mahnısını əsgərlərimiz ayaq üstə alqışladılar. Sevda Aslanovanın ifasında səslənən hind mahnısının sədaları altında hərbçilərimiz rəqs elədilər. Sonda Hərbi hissənin komandiri tərəfindən tədbirə görə Şəhər mədəniyyət evi, C. Cabbarlı adına mədəniyyət evi və Corat mədəniyyət evinin müdiriyyətinə və yaradıcı kollektivlərinə təşəkkür bildirildi.

 

57.8 KB