Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Dövlət Rəsm Qalereyası 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş «Vətənimin Keşiyində» adlı virtual rəsm müsabiqəsi elan edir

19.06.2020

Sumqayıt  Dövlət Rəsm Qalereyası  26 İyun -  Azərbaycan  Silahlı Qüvvələr Gününə həsr olunmuş  «Vətənimin keşiyində»  adlı virtual rəsm müsabiqəsi elan edir.

   Müsabiqədə  Sumqayıt  şəhər  Uşaq  İncəsənət  Məktəblərinin  və Rəsm Dərnəklərinin  şagirdləri  iştirak edəcək.

 Müsabiqəni məqsədi:- Gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadı və yaradıcılıq qabiliyyəti olan uşaqları üzə çıxarmaq və onlara vətənpərvərlik hissini aşılamaq.

   Müsabiqənin qaydaları:- Iştirak edən məktəb, istedadı və yaradıcılıq qabiliyyəti olan şagirdlər arasından yalnız bir və ya bir neçə rəsm müəlliməsinin ən yaxşı 5 şagirdlərinin müsabiqədə iştirakını təmin etməlidir.  İştirak edən şagird haqqında məlumat (təhsil aldığı məktəbin nömrəsi,adı,soyadı,təvəllüdü) qeyd olunaraq 20 iyun  tarixinədək Sumqayıt Dövlət Rəsm Qalereyasının facebook səhifəsinin mesaj bölməsinə göndərilməlidir.Müsabiqə rəsm nominasiyası üzrə 2 (iki) yaş qrupu 7-12 və 13-17 yaş arasında keçərlidir.

Müsabiqəyə ekspert qrupu qiymət verəcək, işlər 2 (iki) meyar üzrə Müsiflər heyəti tərəfindən qiymətləniriləcək.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti