Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Elxan Cəlilov Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edib

13.12.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov  Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edib.

Belə ki, İran İslam Respublikasının Tehran şəhərində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Aşıq Qərib adına “Beynəlxalq Aşıq Festivalı” keçirilib. İran, Türkiyə, Gürcüstan saz ustadlarının dəvət aldıqları festivalda Azərbaycanı Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edib.

Festival çərçivəsində, dəvət almış aşıqların fərdi ifalarından sonra, bütün iştirakçıların birgə ifası ilə festivala yekun vurulub.

Yüksək səviyyədə təşkil olunmuş festivalın bağlanış mərasimində çıxış edən İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi festivalın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.

 Sonda bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

mətbuat xidməti

 

46.3 KB

 

48.2 KB

 

28.8 KB