Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq tapşırığı ilə bağlı 24 avqust 2020-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə videokonfransı keçirilib

24.08.2020

Sumqayıt  Regional Mədəniyyət İdarəsinə  tabe müəssisələrin  fəaliyyətinə həsr olunmuş videokonfransda müəssisə rəhbərləri  iştirak edib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov  müəssisələrin fəaliyyətindən danışaraq  yeni qaydalara uyğun işin gücləndirilməsi, yaradıcı insanların fəaliyyəti, rayonların özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsi, sənayenin inkişaf etdirilməsi, mədəniyyət müəssisələrinin gəlirlə işləməsini, işdə şəffaflığın təmin edilməsini xüsusi olaraq vurğuladı. Videokonfransda həmçinin  müəssisələrdə ciddi nizam-intizam, xüsusi karantin rejimin tələblərinə riayət edilməsi, müəssisələrin mütəmadi olaraq dezinfeksiya edilməsi, bundan əlavə dekorativ tətbiqi sənətin və sənətkarlığın müxtəlif növlərinin regionda fəaliyyəti üçün tədbirlərin gücləndirilməsi,  rayonlarda qədim adət-ənənələrin dirçəldilməsi  ilə bağlı məsələlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Mətbuat xidməti

 

141.3 KB

 

148.6 KB