Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Rüstəmov adına 3 №li Uşaq incəsənət məktəbinin şagirdləri Qazaxıstanın Almatı şəhərində fortepiano üzrə keçirilmiş “Tessa Music Contest” Beynəlxalq onlayn Müsabiqəsinin qalibi olmuşdur.

13.11.2020

30 sentyabr 2020- ci il tarixində  Qazaxıstanın Almatı şəhərində Qazaxıstan, Rusiya və Azərbaycanın gənc fortepiano ifaçılarından ibarət  “Tessa Music Contest”  beynəlxalq onlayn müsabiqəsi keçirilmişdir. Müsabiqədə  Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Rüstəmov adına 3 №li Uşaq incəsənət məktəbinin şagirdləri onlayn iştirak edərək yüksək nəticələr qazanmışlar.

     Məktəbin fortepiano şöbəsinin müəllimi Rufana Zülfüqarovanın sinfində təhsil alan 5-ci sinif şagirdi Seyran Haşımzadə 1-ci yer, fortepiano şöbəsinin müəllimi Natavan Sadıqovanın sinfində təhsil alan 5-ci sinif şagirdi Fidan Balamiyeva və 4-cü sinif şagirdi Sevinc Atakişiyevanın  piano-duet ifası 1-ci yer, fortepiano şöbəsinin müəllimi Natavan Sadıqovanın  sinfində təhsil alan 4-cü sinif şagirdi Sevinc Atakişiyeva, 3-cü sinif şagirdi Məryəm Əliyeva və  4-cü sinif şagirdi Ləman Əlizadənin piano-trio ifası 1-ci yer, fortepiano şöbəsinin müəllimi Esmira Cabbarovanın sinfində təhsil alan 4-cü sinif şagirdi Fidan Soltanova 2-ci yer, fortepiano şöbəsinin müəllimi Rəna Salayevanın sinfində təhsil alan 2-ci sinif şagirdləri Əli Məmmədli və Nigar Mustafayeva isə 2-ci yerə layiq görülmüşlər.

   “Tessa Music Contest”  beynəlxalq onlayn müsabiqəsində yüksək nailiyyətlərə görə S.Rüstəmov adına 3 №li Uşaq incəsənət məktəbinin direktoru  Xankişiyeva Elnarə Vidadi qızına təşəkkür edilmişdir.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Mətbuat  Xidməti

 

45.4 KB

 

66.4 KB

 

46.8 KB