06.12.2020
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi Yasəmən Bəşirovanın sinfində təhsil alan 6-cı sinif şagirdi Allahverdiyeva Nuray Məzahir qızı Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və Jam qrupunun təşkilatçılığı ilə keçirilmiş “Qarabağ Kuboku-2020” - Beynəlxalq İncəsənət və Rəqs Müsabiqəsində iştirak edərək 2-ci yerə layiq görülmüşdür.
Sumqayıt Regional Mədəniyyət İdarəsi
Mətbuat xidməti