Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri fortepiano üzrə keçirilmiş “Akademik xalq və caz musiqisi” ifaçılarının 1-ci Beynəlxalq onlayn Müsabiqəsinin qalibi olmuşlar.

09.01.2021

29 dekabr  2020- ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təçkilatçılığı ilə “Akademik  xalq və caz musiqisi” ifaçılarının 1-ci Beynəlxalq onlayn Müsabiqəsi keçirilmişdir.  Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Ceyranbatan qəsəbə  Uşaq İncəsənət Məktəbinin  fortepiano şöbəsinin  müəllimi Yeganə Həsənovanın sinfində təhsil alan  3-cü  sinif şagirdi Əsədova Nərmin Bəxtiyar qızı  və  5-ci sinif  şagirdi Abasova Fatimə Kənan qızı,  fortepiano şöbəsinin  müəllimi  Yasəmən Bəşirovanın sinfində təhsil alan 6-cı sinif şagirdi Allahverdiyeva Nuray Məzahir qızı və  5-ci sinif şagirdi Həsənzadə Caməd Fizuli oğlu  onlayn iştirak edərək yüksək nəticələr qazanmışlar.

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Mətbuat xidməti

 

96 KB

 

460.6 KB

 

75.9 KB