Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Rüstəmov adına 3 №li Uşaq incəsənət məktəbinin şagirdləri müxtəlif ölkələrdə fortepiano üzrə onlayn keçirilən Beynəlxalq müsabiqələrdə yüksək nailiyyətlər qazanmışlar

15.01.2021

25-30 oktyabr  2020- ci il tarixində  Qazaxıstanın Aktobe  şəhərində onlayn keçirilmiş “TALANTtar Aləmi” beynəlxalq müsabiqəsində S.Rüstəmov adına 3 №li Uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin müəllimi Natəvan Sadiqovanın sinfində təhsil alan 5-ci sinif şagirdi Balamiyeva Fidan Rauf qızı ilə  4-cü sinif şagirdi Atakişiyeva Sevinc Vasif qızı duet şəklində ifa edərək 1-ci yer, Rufana Zülfüqarovanın sinfində təhsil alan Haşımzadə Seyran Vüqar oğlu “Qran Pri” mükafatına, Rəna Salayevanın sinfində təhsil alan 2-ci sinif şagirdi Məmmədli Əli Bəhruz oğlu iştirak edərək 1-ci yerə,  5 noyabr 2020- ci il tarixində onlayn keçirilmiş  “Qarabağ Kuboku” beynəlxalq rəqs müsabiqəsində Natəvan Sadiqovanın sinfində təhsil alan 5-ci sinif şagirdi Balamiyeva Fidan Rauf qızı ilə  4-cü sinif şagirdi Atakişiyeva Sevinc Vasif qızı duet şəklində ifa edərək 2-ci yer, 4-cü sinif şagirdi Atakişiyeva Sevinc Vasif qızı, 4-cü sinif şagirdi Əlizadə Ləman Çingiz qızı və 3-cü sinif şagirdi Əliyeva Məryəm Nizami qızı trio şəklində ifa edərək 3-cü yer, Rufana Zülfüqarovanın sinfində təhsil alan 5-ci sinif şagirdi Haşımzadə Seyran Vüqar oğlu iştirak edərək 2-ci yerə, 13 noyabr- 5 dekabr  2020- ci il tarixində İtaliyanın Milan şəhərində onlayn keçirilmiş “Open İtaly” beynəlxalq müsabiqəsində Rəna Salayevanın  sinfində təhsil alan 2-ci sinif şagirdi Məmmədli Əli Bəhruz oğlu iştirak edərək 1-ci yerə, 29 dekabr 2020- ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatşılığı ilə onlayn keçirilmiş “Akademik  xalq və caz musiqisi” ifaçılarının 1-ci Beynəlxalq müsabiqəsində  Rufana Zülfüqarovanın sinfində təhsil alan 5-ci sinif şagirdi Haşımzadə Seyran Vüqar oğlu iştirak edərək yüksək nailiyyətlər qazanmışlar.

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Mətbuat  Xidməti

 

133.3 KB

 

178.3 KB

 

180.2 KB