Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin 2 fevral Gənclər günü ilə bağlı gənclərdən ibarət onlayn müşavirəsi keçirilib

02.02.2021

Fevralın 2-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 2 fevral Gənclər günü ilə bağlı İdarənin tabeliyindəki müəssisələrdə fəaliyyət göstərən gənclərlə müşavirə kecirilib. R.Əliyev  əvvəcə müşavirədə iştirak edən gəncləri “2 fevral Gənclər Günü ” münasibəti ilə təbrik edib, dövlətimiz tərəfindən gənclərə göstərilən qayğıdan söz açaraq, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birinin də gənclər siyasəti olduğunu vurğulayıb. Müşavirədə Ə.Kərim adına Poeziya klubunun mədəni kütləvi təşkilatçısı Əlizadə Elvin, Zəngilan rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru  Fərəcli Nərmin, Şuşa rayon Malıbəyli kənd mədəniyyət evinin bədii rəhbəri Bayramova Türkan çıxış edərək, Gənclər siyasətində dövlətin rolu, Gənc nəslin inkişaf dinamikası,müasir dövrümüz və gənclər haqqında fikirlərini söyləyiblər. Daha sonra  İdarə rəisi Rəşad Əliyev, Azərbaycan gəncliyinin gənclərlə iş sahəsində əldə etdiyi müvəffəqiyyətləri xüsusi vurğulayıb, gələcəkdə də onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrini söyləyib. Konfrans iştirakçılarına tapşırıq və tövsiyyələrini verərək, gələcəkdə də mədəniyyət  sahəsində geniş potensiala malik intellektli kadrların yetişməsində  öz dəstəyini əsirgəməyəcəyini vurğulayıb.

 

 

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Mətbuat xidməti

 

488.6 KB

 

626.5 KB

 

648.2 KB