04.02.2021
Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalıblar.
Vətən müharibəsi şəhidlərindən biri də Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdi olmuş Hüseyn İsaq oğlu Yusifovdur.
Hüseyn Yusifov Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq, qəhrəmancasına özünün arzuladığı şəhidlik zirvəsinə ucalmışdır. H.Yusifov Sumqayıtdakı “Şəhidlər xiyabanı”nda dəfn olunub.
Fevralın 3-də Hüseyn Yusifov “Şəhidlər xiyabanı”ndakı məzarı ziyarət olunub və xatirəsi anılıb.
Anım mərasimində şəhidimizin ailəsinə və yaxınlarına səbr dilənib, dərin hüznlə baş sağlığı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sumqayıt Regional Mədəniyyət İdarəsi
Mətbuat xidməti