Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zəfərin 100-cü günündə Sumqayıtın mədəniyyət müəssisələrində çalışan yaradıcı gənclərlə görüş təşkil olunub

17.02.2021

  Fevralın 16-da Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev idarənin tabeliyindəki müəssisələrdə çalışan bir qrup yaradıcı və könüllü fəal gənclərlə növbəti görüşünü keçirib.

  Görüş zamanı Prezident İlham Əliyevin diqqət və qayğısı, yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan xalqının tarix və mədəniyyətinin dünya miqyasında tanıdılması işinin uğurla həyata keçirildiyi, hazırda ölkəmizdə mədəniyyət sahəsinin gələcək inkişafı, bu sahənin daha səmərəli şəkildə idarə edilməsi istiqamətində islahatların aparıldığı və Mədəniyyət Nazirliyinin 2021-ci il üçün əsas hədəfləri haqqında gənclərə məlumat verilib.

  Sumqayıt şəhərinin mədəniyyətin ümumi tərəqqisi işinə layiqli töhfələr bəxş etdiyini, son illər bu şəhərin müasir inkişafını təcəssüm etdirən çoxsaylı yeni mədəniyyət və incəsənət müəssisələrinin inşa edildiyini vurğulayan rəis, mövcud mədəniyyət müəssisələrinin səmərəli fəaliyyətinin qurulması,  əhalinin mədəni həyatının təşkili sahəsində innovativ yanaşmaların tətbiqi, yaradıcılığın dəstəklənməsi, milli-mənəvi dəyərlərin mühafizəsi işində gələcəkdə gənclərin üzərinə düşəcək vəzifələrin icrasından bəhs edib və bu istiqamətdə görülməsi vacib olan işlər haqqında fikir mübadiləsi aparılıb.

  Görüşdə çıxış edən gənc könüllülər şəhərin mədəni həyatı haqqında fikirlərini bölüşüb.

  Daha sonra gənclərimizin yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə aktivlik və vətənpərvərlik nümayiş etdirdiyini qeyd edən Rəşad Əliyev, ümumi məqsədlərə çatmaq üçün onları regionun mədəni həyatında fəal iştiraka dəvət edib.