Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeli müəssisələri Aprel döyüşlərinin qəhrəmanlarının məzarını ziyarət edib

03.04.2021

İkinci Qarabağ müharibəsinin bünövrəsi sayılan Aprel döyüşləri, Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələndi. Bu döyüş, Azərbaycan xalqına və bütün dünyaya  aydın bir mesaj oldu. 

Həmin savaşlar Azərbaycanın öz yurdlarını işğalçı qoşunlardan təmizləmək iqtidarında olduğunu sübuta yetirdi. Dördgünlük müharibədən sonra xalqımızın öz igid oğullarına, Ordumuza etimadı daha da artdı, qəhrəman döyüşçülərimizin isə döyüş əzmi möhkəmləndi. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını da möhkəmləndirdi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyi və tabe müəssisələrinin əməkdaşları, Aprel döyüşləri kimi tarixə yazılan müharibədə  2 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olan Ravil Elman oğlu Novruzovun məzarını, onun valideynləri ilə birlikdə ziyarət etdi.

Ziyarət zamanı Ravilin döyüş yolundan danışıldı, onun ruhuna dualar oxundu.

Şəhid R.Novruzov bu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra ölkə rəhbərinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

90.5 KB