Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin N.Nərimanov mədəniyyət mərkəzində C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivlərinin hesabat konserti və əl işlərindən ibarət sərgi kecirilib

26.12.2017

Sumqayıt şəhər N.Nərimanov mədəniyyət mərkəzində C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivlərinin hesabat konserti və əl işlərindən ibarət sərgi kecirilib. Konsertdə Ceyhun Ömərovun rəhbərlik etdiyi "Gənclər" instrumental ansablının solistləri Vüsal İsgəndərov, Pənah Məmmədli, Ravil Əliyevin ifasında şən mahnılar, meyxanaçılar Elnur Ağdamlı və Məhəmməd Fədanın ifaları maraqla dinlənilib. Eldar Nəsirlinin "Turan" milli rəqs qrupunun üzvlərinin nümayiş etdirdikləri rəqslər və kompozisiya alqışlarla qarşılanıb. Sərgidə Seyidbacı Aslanova, Xuraman Həsənova, Nicat Xuduyev, Zümrüd Məmmədovanın əl işləri nümayiş etdirilib.

 

144.7 KB

 

140.9 KB