Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeli qurumlarında şəhid ailələrini ziyarət davam etdirilir

06.04.2021

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Vətən müharibəsi zamanı düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib. İşğaldan, əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə qaytarılıb.

Lakin bu ədalətin bərpası üçün, qanlar tökülüb. Bilirik ki, Vətən torpaqları şəhidlərin qanı bahasına azad edilib. Hər döyüş qələbəsində sevinclə yanaşı, ata, oğul, ər, qardaş itkisinin acısı yaşanıb. Ancaq hər şəhid torpağa tapşırılanda “Vətən sağ olsun!” sədaları eşidilib. Bu şəhidlər xalqımızın qüdrətini, qələbə əzmini bir daha sübut ediblər. Onların hamısını bir ad birləşdirib– Vətənin igid oğulları. Onların adları xalqımızın qəlbində daim yaşayıb və yaşayacaq.

Bu şəhidlərdən biri də, əslən Şuşalı olan Əzəmi Əli oğlu Hüseynovdur.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon Xanalılar Uşaq Musiqi Məktəbinin kollektivi  şəhid Əzəminin ailəsini və məzarını ziyarət ediblər.

Məktəbin kollektivi, şəhidin ailəsi ilə bərabər onun xatirələrindən bəhs ediblər.

Ə.Hüseynov hərbi xidməti başa vurduqdan sonra Xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən isə, döyüşlərdə iştirak etməyə başlayıb.

2020-ci ilin oktyabrın 8-də Suqovuşanın azad edilməsu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub

Ölümündən sonra, Əzəmi Hüseynov "Vətən Uğrunda” medalı ilə təltif edilib.

 

28.5 KB

 

298.5 KB

 

89.7 KB