Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi və tabe müəssisələri şəhidimizin məzaarını ziyarət edib

06.04.2021

Azərbaycanın ən keşməkeşli dövrü torpaqlarımızın 20 faizinin erməni işğalına və vandalizminə məruz qaldığı illər olub.

Bu illər ərzində müasir silahlarla, maddi texniki təminatla təchiz olunan Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərə görə erməni ordusunu qat-qat üstələyib.

Azərbaycanın beynəlxalq müstəvidə böyük nüfuzu, güclü ordu quruculuğu, xalq-iqtidar birliyi qələbəmizi şərtləndirən amillərdən sayılıb.

Azərbaycanın qismən səfərbərlik elan etməsinə baxmayaraq, mərd oğullarımız bir nəfər kimi könüllü şəkildə orduya yollanmaq üçün gün sayıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, “Biz bu Qələbəni əhəmiyyətsiz danışıqlarla yox, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına əldə etmişik. O əsgər, zabitlər ki, öz ölümləri ilə Zəfərimizə işıq tutmuş oldular”.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyi və tabe müəssisələrinin əməkdaşları 2-ci Qarabağ müharibəsində şəhid olan Rafiq Rasim oğlu Məcidovun ailəsini ziyarət edib.

Ziyarət zamanı rəşadətli döyüşçü Rafiq Məcidovun həyat və döyüş yolundan söhbət açılıb.

Daha sonra şəhidin məzarı ziyarət edilərək, onun əziz xatirəsi bir daha yad edilib.

Qeyd edək ki, Rafiq Məcidov 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə öz yaralı döyüş yoldaşını savaş meydanından çıxararkən şəhid olub.

Şəhid Rafiq ölümündən sonra Vətən müharibəsində göstərdiyi igidliyə görə “Vətən uğrunda” və “Şuşanın azad olunması” medalları  ilə təltif olunub.

Allah bütün şəhidlərimizi rəhmət eləsin!

 

87 KB

 

44 KB

 

38.8 KB