Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Q.Qarayev adına uşaq musiqi məktəbində yubiley tədbirləri keçirilib

25.12.2017

Q.Qarayev adına uşaq musiqi məktəbində bəstəkar Fikrət Əmirovun 95, bəstəkar-dirijor Niyazinin 105 illik yubiley tədbirləri keçirilib. Konsertdə bəstəkarların əsərləri səslənib. Məktəbin fortepiano, violin, xanəndə şöbələrinin şagird və müəllimlərinin ifasında səslənən əsərlər maraqla dinlənilib.

Məktəbdə daha bir tədbir isə fortepano sinfinin 1-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə münasibətilə keçirilən tədbirdə vətənpərvərlik ruhunda və bayram əhval-ruhiyyəli mahnılar oxunub.