Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində vətənpərvərlik ruhunda tədbirlər keçirilib bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

25.12.2017

Xızı rayon Uşaq Musiqi Məktəbində görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xızı rayon Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri və fortepiano şöbəsinin şagirdləri Tofiq Quliyevin əsərlərini ifa ediblər.

       Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində də bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Nəzəriyyəçilər - Arzu Şükürova və Mətanət Əhmədova tərəfindən hazırlanıb. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib,  ömür yolundan bəhs edən və musiqi bəstələdiyi kinofilmlərdən fraqmentlər əks olunan videoçarx nümayiş olunub. Məktəbin fortepiano, ansambl və müşayiət, xalq çalğı alətləri, o cümlədən,  simli alətlər şöbələri, xanəndəlik və vokal sinfinin şagirdlərinin ifasında bəstəkarın əsərləri ifa olunub.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

 

72.3 KB

 

73.9 KB

 

47.4 KB