Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə tarzən Yaşar Xəlilovun 70 illik yubiley tədbiri keçirilib

27.12.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Qubadlı rayon Mahmudlu kənd uşaq Musiqi məktəbinin  direktoru vəzifəsində çalışmış, tarzən Yaşar Xəlilovun 70 illik yubiley tədbiri keçirilib.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, idarənin məsləhərçiləri, Yaşar Xəlilovun ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

İdarə rəisi Mehman Şükürov çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, belə tədbirlərin müntəzəm olaraq keçirilməsini vurğulayıb, Mahmudlu kənd uşaq musiqi məktəbinin müəllimləri İradə Abdullayeva və Furuzə  Nağıyevanı fəxri fərmanla təltif edib.

Sonra İlham Əhmədov, Telman Cəfərov, Yaşar Xəlilovun ailə üzvləri çıxış edərək mərhum tarzənlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə  Yaşar Xəlilovun şərəfli həyat yolunu əks etdirən video-çarx nümayiş olunub, Mahmudlu kənd Uşaq musiqi məktəbininin kollektivi konsert proqramı ilə çıxış edib.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

 

 

186.2 KB

 

228.3 KB