Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt Dünya məktəbinin şagirdləri üçün “Açıq qapı günü” keçirilib

27.12.2017

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt Dünya məktəbinin  şagirdləri üçün “Açıq qapı günü” keçirilib. Qonaqları salamlayan Kitabxana Klubun direktoru Zərnigar Babayeva kitabxana haqqında geniş məlumat verib. Sonra qonaqlar Kitabxana Klubda  fəaliyyət göstərən Rəsm dərnəyinin şagirdlərinin  əl işlərindən ibarət sərgi ilə taniş olublar. Sərgidə Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm əsərləri nümayiş olunub.  Daha sonra uşaqlar üçün təşkil olunmuş  “Nağıl otağı”nda “Sehirli torba” kitabı üzrə nağıl saatı keçirilib,  Azərbaycan və Alman nağılları əsasında hazırlanmış  “Cik-Cikin nağılı” və “Hansel və Qretelin nağılları” kukla tamaşası  nümayiş olunub.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

mətbuat xidməti

 

 

 

258.6 KB

 

180.2 KB