Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində “Qış nağılı” adlı səhərcik keçirilib

27.12.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində “Qış nağılı” adlı səhərcik keçirilib. Tədbirdə uşaq şöbəsinin oxucuları Rəsul Bəhmənli, İnci Hüseynzadə, İsmayıl Hüseynovun ifasında şeirlər, Aynur Kərimova, Lətifə Mahmudova, İnci Hüseynzadə, Ayan Ağayeva, Zəhra Bəşirli, Kənan Bəşirlinin ifasında “Yeni il gəldi”, “Sevimli yolka” mahnıları,  Vüqar Seyidzadə və Kənan Mahmudovun sazda, Cavidan Mirzəzadənin tarda, Ərtoğrul Salıflının qarmonda  ifaları, eləcə də, İnci Hüseynzadənin “Cırtdanın nağılı” nı musiqili şəkildə ifası maraqla qarşılanıb. Uşaqların sevimlisi-Şaxta baba və Qar qızın gəlişi şənliyə daha da xoş ovqat qatıb. Uşaqlar Şaxta baba və Qar qızla rəqs edib, mahnı oxuyub, yanıltmaclar, lətifələr söyləyiblər. Tədbirdə “Xoş gəlmisən təzə il” başlığı altında sərgi nümayiş edilib.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

 

 

127.9 KB