Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində Yeni il şənliyi keçirilib

27.12.2017

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbiri məktəbin müəllimi Elnarə Xankişiyeva açaraq Dünya Azərbaycanlıların Həmrəylik Gününün yaranması haqqında geniş məlumat verib. Tədbir şagirdlərin ifasında konsert proqramı ilə davam edib. Elsevər Əmirovun ifasında “Dilkəş” tənifi”, Nihat Məmişovun  ifasında  A.Dvorjakın “ Slavyan rəqsi” (tar), Zöhrə Əhmədovanın  ifasında”Ay işığında” (kamança),   Əhməd Alməmmədovun  ifasında “Naxçıvanı” el havası  (sazda) maraqla dinlənilib. Daha sonra məktəbin skripkaçılar, qarmonçalanlar, nağaraçılar ansambllarının ifasında musiqi nömrələri, “Cəsur şahinlər”  rəqs ansamblının ifasında  “Yallı” rəqsi alqışlarla qarşılanıb. 

 

51.8 KB