Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, “Cabir Novruz” mədəniyyət fondunun birgə təşkilatçılığı ilə Mikayıl Müşfiq muzeyində şairin anım günü keçirilib

10.01.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, “Cabir Novruz” mədəniyyət fondunun birgə təşkilatçılığı ilə  Mikayıl Müşfiq muzeyində şairin anım günü keçirilib.  

Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə ,Filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, professor Asif Rüstəmli, Əməkdar Müəllim, şairə Ofeliya Babayeva, şair Musa Ələkbərli, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar Jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və başqaları çıxış edərək ölməz şairin həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.

Tədbirdə həmçinin Məmməd Arif Dadaşzadə adına Şuraabad qəsəbə tam orta məktəbin şagirdlərinin ifasında şeirlər, kompozisiyalar səsləndirilib.

Daha sonra  şairin büstü önünə gül dəstələri qoyulub.

 

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

Mətbuat xidməti

 

93.1 KB