Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində görkəmli rus bəstəkarlarının yubileyləri qeyd olunub

17.01.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində görkəmli rus bəstəkarları A.F.Gedikenin 140 və S.M.Maykaparın 150 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.

 Məktəbin fortepiano şöbəsinin müəllimləri İradə Bağırova, Arzu Manafova, Nilufər Abbasova, Aynur Məmmədova və başqaları tərəfindən hazırlanan konsert-mühazirə xarakterli tədbirdə Aynur Məmmədova və Nərmin Cəbiyeva hər iki bəstəkarın həyat və yaradıcılığından bəhs edən mühazirələr oxuyub. Sonra fortepiano şöbəsi şagirdlərinin- Nuray Mehdiyeva, Fidan Mehrəliyeva, Əli Piriyev, Nanə Həsənzadə, Hüseyn Quliyev və digərlərinin ifasında bəstəkarların “Vals, Tarantella, Polka, Mazurka, Kiçik nağıl, Skersino” və bir çox əsərləri səslənib.

Balaca fidanların ifaları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Tədbirin sonunda bütün iştirakçılara məktəb rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub.

 

 

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

mətbuat xidməti