Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1992-ci il 26 yanvar-Daşaltı əməliyyatı və 28 yanvar Vertalyot qurbanlarının xatirəsi anılıb

27.01.2018

Şuşa şəhər MKS-də keçirilən görüşü  giriş sözü  ilə Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova açıb və şəhidlərin xatirəsi yad edilib. Sonra tədbirdə mövzu ilə əlaqədar Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Əkbər Hacıyev və Vüsalə Fətəliyevanın, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Zahid Abbasovun, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa rayon şöbəsinin sədri  Ağalar Əliyevin çıxışları dinlənilib.

Daha sonra şəhidlərin ailə üzvləri Cahid Ələkbərov, Nazilə Əzizova, Ürfanə  Məhərrəmova, Aybəniz İsmayılova həlak olmuş əzizləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda  kitabxananın fəal oxucuları Könül Ələkbərova, Gülay Həsənzadə, Aygül  İbrahimova və Təhminə Abdullayeva   şəhdlərə həsr olunmuş  şeirlər söyləyiblər.

Xatırladaq ki, Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

mətbuat xidməti

 

71 KB