Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şuşa şəhər Uşaq İncəsənət Məktəbi

Respublikada ilk açılan musiqi məktəblərindən biri olan Şuşa Şəhər Uşaq İncəsənət  Məktəbi  Bülbülün  təşəbüssü  ilə Azərbaycan  SSR Xalq  Maarif  Komissarlığının 10  oktyabr  1932-ci  il  tarixli  qərarı  ilə  yaradılmışdır. Həmin  tarixdən  1984-cü  ilə  kimi Şuşa  Şəhər  Uşaq Musiqi  Məktəbi  adlanmışdır.  1984-cü  ildən  məktəb  Şuşa  Şəhər  Uşaq  İncəsənət  Məktəbi  adlandırılmış və  həmin  tarixdən  Niyazinin  adını  daşıyır. Məlum  Qarabağ  hadisələri  ilə  əlaqədar  olaraq  məktəb  1992-ci  ildən  məcburi  köçkün  həyatını  yaşayaraq  Bakıda  öz  fəaliyyətini  davam  etdirir.  Məktəbdə fortepiano, xalq çalğı alətləri, təsviri incəsənət, xoreqrafiya şöbələri fəaliyyət göstərir. Məktəbin  müəllim  və  şagirdləri, “Təbəssüm” rəqs qrupu  respublika və   beynəlxalq  festival   və  müsabiqələrdə  daim   iştirak  etmiş və nailiyyət qazanmışlar.

 

70.4 KB