Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şuşa rayon MKS-nin Quşçular kənd kitabxana filialı

Şuşa rayon MKS-nin Quşçular kənd kitabxana filialı 1966-cı ildə yaranmışdır. Məlum hadisələrdən sonra kitabxana öz fəaliyyətini Sabunçu rayonu Pirşağı qəsəbəsidəki “Gilavar” sanatoriyasında davam etdirir. Kitabxana 1 otaqdan ibarətdir. Sahəsi 24 kv/m-dir. Kitabxanada telefon xətti olmadığı üçün e-maili də yoxdur. Kitabxananın 2 işçisi var.Hər ikisi orta ixtisas təhsillidir. Kitabxananın fondu latın qrafikası ilə 2635 nüsxədir.

 

37.6 KB