Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Abşeron rayonu Mehdiabad Uşaq Musiqi Məktəbi

Mehdiabad qəsəbə uşaq musiqi məktəbi ikimərtəbəli binadan 23 otaq , 1 zaldan ibarətdir. Məktəb 1984-cü ildən fəaliyyət göstərir.

Məktəbd’ 272 şagird kontingenti 8 ixtisas üzrə F-no, Qarmon, Tar, Kamança , Skripka, Saz, Nağara, Xanəndəlik ixtisaslardan təhsil alır. Bu illər ərzində məktəbin şagirdləri bir çox müsabiqələrdə iştirak edərək nailiyyətlər əldə etmişdir. 2012-ci ildə “Xan Şuşinski” adına Respublika muğam festivalında iştirak etmiş və “Fəxri fərman”la təltif olunmuşdur.

Həmin ildə Gənc pianoçuların II Respublika müsabiqəsində məktəbin şagirdləri iştirak etmiş,Fəxri fərmanlar almışlar.

Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsində məktəbin xor kollektivi müvəffəqiyyətlə çıxış etdiyinə görə Fəxri fərmanla təltif olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepiano ansamblı və müşayiət üzrə keçirilən respublika müsabiqəsində  şagirdlər fəxri fərman, tərifnamə və diplomlara layiq görülmüşlər.

Türkiyə Respublikasında keçirilən “23 Nisan Uluslararası uşaq festivalı”nda məktəbin skripka ixtisası üzrə şagirdləri iştirak etmişlər.

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsində tar ixtisası III yerə, Saz ixtisası üzrə şagirdlər diploma layiq görülmüşdür.

Xan Şuşinski adına Respublika muğam festivalında xanəndəlik ixtisasi üzrə şagirdlər fəxri fərmanla təltif olunmuşlar.

 

155.7 KB