Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klub

Fondu: 19994 nüsxə
Oxucu sayı: 4580 nəfər
Kitab verilişi: 89830 nüsxə

N. Gəncəvi adına Kitabxana klub 1988-ci ildən fəaliyyət göstərir və 1991-ci ildən N. Gəncəvinin adını daşıyır. Sahəsi 1000 m2-dir.  Kütləvi kitabxanadır. Əsasən  uşaqlara, onların  yaradıcılıq  imkanlarının  üzə  çıxarılması  məqsədinə  xidmət edir. Kitabxananın  bir  hissəsi  məcburi  köçkün ailəsi tərəfindən  tutulub. 2011-ci  ildə  Uşaq  kitabxana  klub  əsaslı təmir  olunaraq  yenidən oxucuların  istifadəsinə  verilmişdir.  N. Gəncəvi adına Kitabxana klubda da  müasir dövrün tələblərinə uyğun olaraq  kompüterləşdirilmiş infrastruktur qurulmuş,  oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur. Kitabxana Klubda yaradılmış “Nağıl otağı” kiçik yaşlı oxucuların ən sevimli məkanına çevrilmişdir. Burada təşkil olunmuş sərgilər, cizgi filmləri və nağıl qəhrəmanlarının oyuncaqları, qədim milli əşyalar uşaqların kitabxanaya olan marağını daha da artırmışdır. “Nağıl otağı”nda  uşaqlar üçün  nüxtəlif mövzulu tədbirlər – nağıl saatı, cizgi filmi saatı keçirilir.

 

118.5 KB