Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Sumqayıt şəhər Gənclər kitabxanası

Fondu: 35312nüsxə
Oxucu sayı: 4046 nəfər
Kitab verilişi: 59412 nüsxə

      Gənclər kitabxanası 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 86 m2-dir.  İşini 1, 9, 11, 12, 18, 38 saylı məktəblərlə və H. Ərəblinski adına Sumqayıt  Musiqili  Dövlət Dram Teatrı, Mədəniyyət evi ilə əlaqəli qurub. Gənclər kitabxanasında kompüterləşdirilmiş infrastruktur qurulmuş,  oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur. Yaxşı işinə və səmərəli fəaliyyətinə görə kitabxana  və onun kollektivi dəfələrlə (1987, 2001, 2003 və 2012-ci illərdə)  Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

 

57.3 KB