Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi

 1954-cü ildə inşa edilmiş ümumi sahəsi 1434 kv.m olan N.Nərimanov adına mədəniyyət evi 2015-ci ilin may ayından Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəz şəhərin mədəni həyatında mühüm rol oynayır. Mədəniyyət Mərkəzində 200 yerlik tamaşa zalı, 12 iş otağı vardır. 

            Mədəniyyət Mərkəzində fəaliyyət döstərən özfəaliyyət kollektivləri - “Segah” muğam üçlüyü, “Rövşən” ritm qrupu, “Pöhrə” aşıqlar ansamblı, “Dəcəllər” rəqs kollektivi, “Səma” instrumental ansamblı, “Qönçə” kukla teatrı istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, onların bacarıq və vərdişlərinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. 2015-ci ildə Özbəkistan respublikasının Daşkənd şəhərində keçirilmiş “Daşkənd sevincləri” adlı V Beynəlxalq Uşaq Rəsmləri Biennalesində N.Nərimanov adına mədəniyyət Mərkəzinin  rəsm dərnəyinin 5 üzvü fərqlənmişlər. 

Mədəniyyət Mərkəzində bədii özfəaliyyət kollektivləri ilə yanaşı 15 adda müxtəlif həvəskar birlik, kurs və dərnəklər də yaradılmışdır. Bunlarda 688 nəfər uşaq və yeniyetmə iştirak edir, 21 nəfər dərnək və kurs rəhbəri büdcədənkənar vəsait hesabına əmək haqqı ilə təmin edilir.