Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Sumqayıt şəhər “Dostluq” mədəniyyət evi

Ümumi sahəsi 252 kv.m olan 1973-cü ildən “Dostluq” klubu kimi fəaliyyətə başlayan müəssisənin 13 iş otağı vardır. Mədəniyyət evində fəaliyyət göstərən “Xəzri” xalq mahnı və rəqs ansamblı, “Şahinlər” uşaq rəqs kollektivi, “Səmt” estrada qrupu, uşaq kukla teatrı, “Ritm” nağaraçalanlar ansamblı, sazçalanlar, zurnaçılar, meyxanaçılar, muğam qrupu, “Ayxan” xalq çalğı alətləri ansamblı istedadlı, “Damğa” miniatür teatrı fəaliyyət göstərir. “Xəzri” xalq mahnı və rəqs ansamblı 2013-cü ildə iki dəfə Türkiyə Respublikasında keçirilən beynəlxalq festivallarda iştirak etmişlər.

            “Dostluq” mədəniyyət evinin həvəskar rəssamları 2014-cü ildə Çexiya Respublikasının Azərbaycandakı səfiri tərəfindən Çexiyada keçiriləcək 42-ci Beynəlxalq müsabiqəyə, “Xəzri” xalq mahnı və rəqs ansamblı isə 2014-cü ilin iyun ayında Türkiyənin “İnegöl şəhərində keçiriləcək 16-cı Ertuqrulqaziyi anma və İnegöl şənlikləri”ndə iştirak etmək üçün dəvət olunmuşlar.         

            Mədəniyyət evində bədii özfəaliyyət kollektivləri ilə yanaşı 2 maraq klubu, 1 həvəskar birlik, müxtəlif kurs və dərnəklər də yaradılmışdır. Bunlarda 150-dən çox uşaq və yeniyetmə iştirak edir

 

111.5 KB