Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qubadlı rayon Əşrəf Mehdiyev adına Uşaq musiqi məktəbi

1969-cu ildə Qubadlı rayonunda musiqi məktəbi öz  fəaliyyətinə başlamışdı. O zaman məktəb 4 şöbədən ibarət olmuş: fortepiano, tar, qarmon və xanəndəlik sinifləri üzrə 40 şagirdə 6 müəllim tədris aparmışdır. 1993-cü ildə rayon işğal olunduqdan sonra  Sumqayıt şəhər S. Rüstəmov adına 3saylı incəsənət  məktəbində məskunlaşaraq, məktəbin yardımçı binasında  fəaliyyətini davam etdirməyə başlamışdır. Yardımçı binada məktəbin öhdəliyinə 6 sinif otağı istifadəmizə verilmişdir. 2016-2017-ci tədris ilində isə otaqların sayı  artırılaraq  ümumilikdə15 otaq istifadəmizə verilib.İdrak liseyində isə 3 otaq istifadəmizdədir. Hal-hazırda 7 şöbə üzrə 130 nəfər şagirdlə 38 müəllim tədris aparır.Məktəb iki növbəli olmaqla, tədris müddəti 7 illikdir. Məktəbdə 38 müəllim fəaliyyət göstərir, müəllimlərdən 7-i ali təhsilli, qalanları isə orta təhsillidirlər.                  

            Məktəbdə 7 şöbə - fortepiano, tar, kamança, qarmon, nağara, xanəndə və saz ixtisasları  tədris  olunur. Məktəbin  maddi  texniki bazası orta təminatlıdır. Məktəbin 1- ci sinifinə  2017-2018 ci tədris ilində şöbələr üzrə 21 şagird qəbul olmuşdur. Şagird  qəbulunda  yaş  həddi  gözlənilir.  7 illik təhsil alan şagirdlərə  f-no  şöbəsi  üzrə 7-9 yaş,  tar,  kamança,  Az. qarmon,  nağara  şöbələri üzrə  9-12  yaş,  xanəndəlik  şöbəsi üzrə 7-14 yaş arası  şagirdlər  qəbul  edilir.

           Dərs cədvəli müəllimlərin iş günləri və iş saatları əsasında aparılır. Dərs bölgüsü hər müəllimin ixtisası əsasında  aparılır. Şagirdlərin dərsə davamiyyəti məktəbdə fərdi və qrup 

fənnlər üzrə jurnal əsasında aparılır. Şagirdlərin və müəllimlərin davamiyyəti  şöbə  müdirləri tərəfindən daim yoxlanılır. Dərslərə nəzarət məqsədi ilə  direktor və şöbə müdirləri tərəfindən açıq dərslərin keçirilməsi,dinləyislər,illik iş planında nəzərdə tutulduğu kimi aparılır. Dərslərə

nəzarət məqsədi ilə  direktor və şöbə müdirləri tərəfindən açıq dərslərin keçirilməsi, dinləyişlər,

illik iş planında nəzərdə tutulduğu kimi aparılır.

Hər bir şagirdin fərdi vərəqəsi və müəllimlərin iş planları var. Hər  tədris  ilinin  sonunda məktəbdə  şagirdlərdən  ibarət  yekun  konsert  keçirilir.

Məktəbin müəllim  və  şagirdləri  respublika  və  rayon  səviyyəsində  keçirilən  festival,        musabiqə  və  tədbirlərdə fəal iştirakına görə müxtəlif  dərəcəli  diplomlarla, fəxri fərmanlarla

 təltif  olunmuşlar.

 

38.6 KB