Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evi

Mahmudlu kənd Mədəniyyət evi 1976-cı ildən fəaliyyətə başlamışdır. Mədəniyyət evi əvvəlcə 3 ştatla (direktor, bədii rəhbər, xadimə) fəaliyyətə başlamışdır. 1979-cu ildən daha 2 ştat ( metodist və mədəni təşkilatçı) əlavə olunmuşdur. Mədəniyyət evində “Həcərin nəvələri” adlı folklor rəqs kollektivi fəaliyyət göstərmişdir. Kollektiv uzun illər həm kənd həm də rayon səviyyəsində keçirilən mədəni-kütləvi tədbirlərdə olduqca fəal iştirak etmişdir. Mədəniyyət evi 1993-cü ildə məlum səbəblərdən fəaliyyətini dayandırmış, 2011-ci ilə kimi işçilər orta aylıq əmək haqqı almışlar. 2011-ci ilin sentyabr ayından isə mədəniyyət evinin əvvəlki fəallığı nəzərə alınaraq Sumqayıt şəhərində yerləşən “28 May Mədəniyyət evi”nin binasında fəaliyyəti yenidən bərpa edilmişdir. Hal-hazırda Sumqayıt şəhər, 9-cu mkr, bina 53. Heydər Parkının yanı. 9 mərtəbəli binanın birinci mərtəbəsi, 3 saylı Uşaq İncəsənət məktəbinin köhnə binasında yerləşmişdir. Mədəniyyət evinin 5 işçisi vardır. Bunlardan 4 nəfər əsas işçi, 1 nəfər isə texniki işçi kimi fəaliyyət göstərir.

- Mahmudlu kənd Mədəniyyət evində “Buta” xalq çalğı alətləri ansamblı və “Buta” rəqs kollektivi fəaliyyət göstərir. Ansambl və rəqs kollektivi mədəniyyət evinin keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.

- Mahmudlu kənd Mədəniyyət evində bədii qiraət və dram dərnəkləri fəaliyyət göstərir ki, bu dərnəklər dərnək üzvlərinin səhnə danışığının və səhnə mədəniyyətinin formalaşmasına köməklik edir. Dərnəklər mədəniyyət evinin keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir, hər bir tədbirin formatına uyğun olaraq səhnəciklər və musiqili ədəbi-bədii kompozisiyalarla çıxış edirlər.

 

57.9 KB