Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbi 1988-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılmışdır.Məktəb fəaliyyətə başladığı dövrdə 5 şöbədən ibarət olmuşdur.Tar, qarmon, nağara, f-no, xanəndə şöbələri fəaliyyət göstərmişdir.O zaman məktəbdə 43 şagirdə 8 müəllim müxtəlif fənnlərdən tədris aparmışdır.
1993 –cü ildən Qubadlı rayonu işğal olunduqdan sonra məktəb Sumqayıt şəhər S.Rüstəmov adına 3 saylı incəsənət məktəbinin ikinci binasında fəaliyyətini bərpa etdirmişdir.
Rayon Icra Hakimiyyəti başçısının 29 mart 1997 –ci il tarixli qərarı ilə Mahmudlu kənd Uşaq musiqi məktəbinə Əməkdar Mədəniyyət işçisi Fəxrəddin Hüseynovun adı verilmişdir.
2009-cu ilin may ayında Qubadlı rayon İcra Hakimiyyətinin başçısı M.X.İsaqov cənablarının təşəbbüsü ilə 28 May Mədəniyyət evinin binasına köçürülmüşdür.
2017-2018-ci tədris ilində Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində 8 şöbə üzrə 161 şagirdə 43 əsas və 3 əvəzçi müəllim tədris aparır.
O cümlədən,
Fortepiano şöbəsində 37 şagird
Tar şöbəsində 34 şagird
Qarmon şöbəsində 31 şagird
Xanəndə şöbəsində 17 şagird
Kamança şöbəsində 9 şagird
Nağara şöbəsində 13 şagird
Saz şöbəsində 7 şagird
Skripka şöbəsində 13 şagird .